Ajda Pekkan evini ərəb şahzadəsinə satır

 01:00 19.01.2021     71

Müğənni Ajda Pekkan satışa çıxardığı malikanəsinə alıcı tapıb.

Publika.az
xəbər verir ki, ifaçının Bahçeköy ərazisindəki 20 milyon lirə (4 milyon 636 min manat) dəyərindəki villasını BƏƏ-də yaşayan şahzadənin almaq istədiyi deyilir. O, pandemiya bitdikdən sonra Türkiyəyə gələcək.

1 hektar ərazidə inşa edilən lüks villa 3 il əvvəl 40 milyon lirəyə (9 milyon 272 min manat) satışa çıxarılmışdı. Lakin malikanəyə alıcı tapılmadı və qiyməti endirildi.

Malikanədə 6 kiçik və 2 qonaq otağı xüsusi baahlı dekorlarla bəzədilib. Ev 24 saat mühafizəçilər tərəfindən qorunulur. Ajda hər ay bahalı malikanəsinin təmziliyinə 30 min lirə (6 min 954 manat) pul xərcləyir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/magazin2/343329.html