Tramp Assancı əfv etməyəcək

 02:07 19.01.2021     69

ABŞ Prezidenti Donald Tramp “Vikiliks” qurucusu Culian Assancı əfv etmək niyyətində deyil.

Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb.

Qeyd edilir ki, Tramp bu gün müxtəlif dövrlərdə cinayət törətmiş 100-ə yaxın insanı əfv etmək niyyətindədir.

Xatırladaq ki, qalmaqallı “Vikiliks” qurucusu C.Assans bir sıra cinayətlərdə ittiham olunur. Uzun müddət Londonda Ekvador səfirliyində gizlənən Assanc 2019-cu ildə həbs olunub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/531724.html