Tramp yeni administrasiyanın gəlişini etiraf etdi

 07:11 20.01.2021     34

ABŞ-ın hazırkı prezidenti, respublikaçı Donald Tramp vida nitqində Cozef Baydenin administrasiyasının gəlişini etiraf etdi və onlara uğurlar arzuladı.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, Tramp yeni hökumətə həmçinin uğurlar arzulayıb: "Bu həftə yeni rəhbərliyin inauqurasiyasını edəcəyik, mən onu Amerikanın təhlükəsizliyinin və çiçəklənməsinin təmin edilməsində müvəffəqiyyəti üçün dua edirəm".

ABŞ-ın hazırkı prezidenti bir daha 6 yanvarda Kapitoliyə edilən hücumla müqayisə edilə bilən siyasi zorakılığın bəraət qazana bilməyəcəyini deyib: "Bütün Amerikalılar Kapitoliyə edilən hücumdan dəhşətə gəldilər. Siyasi zorakılıq, amerikalıların bütün dəyərlərinə bir hücumdur. Buna əsla dözmək olmaz".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/915145.html