David Norkuist Pentaqon rəhbəri vəzifəsini icra etməyə başlayır

 07:22 20.01.2021     46

ABŞ müdafiə nazirinin birinci müavini Devid Norkuist bu gündən müvəqqəti olaraq Demokrat Cozef Baydenin administrasiyasında Pentaqon rəhbəri vəzifəsini icra edəcək.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə brifinqdə səlahiyyətlərin yeni administrasiyaya ötürülməsindən məsul olan ABŞ Müdafiə nazirliyinin əməkdaşı Tomas Muir bildirib.

O əlavə edib ki, müvəqqəti olaraq Con Uitli Ordu (quru qoşunlar), Tomas Harker Hərbi-dəniz qüvvələri, Con Rit isə Hərbi-hava qüvvələri naziri vəzifələrini icra edəcəklər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/915146.html