"Lester" "Çelsi"ni məğlub edərək Premyer Liqada birinci yerə yüksəldi

 07:55 20.01.2021     42

İngiltərə Premyer Liqasının (APL) 18-ci turunun növbəti oyununda "Lester" Londonun "Çelsi"sini məğlub etdi.

Milli.Az Trend-ə istinadən bildirir ki, ğörüş Leyçesterdə "Kinq Pauer" stadionunda və 2:0 hesabı ilə başa çatıb.

Qolları Ulfrid Ndidi və Ceyms Meddison vurublar.

Bu müvəffəqiyyətdən sonra "Lester" 38 xalla İngiltərə çempionatı sıralamasında birinci yerə yüksəlib.

"Çelsi" 29 xalla səkkizinci yerdədir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/915149.html