Almaniyada insan alveri ilə məşğul olan dəstə saxlanılıb

 08:22 20.01.2021     50

Alman səlahiyyətliləri bir sıra federal ərazilərdə insan alveri ilə məşğul olan beynəlxalq dəstəsinə qarşı böyük əməliyyat həyata keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Kempten şəhər prokurorluğu və Münhendəki federal polisin cinayət istintaq şöbəsi açıqlama verib.

400-dən çox zabitin iştirak etdiyi genişmiqyaslı əməliyyat nəticəsində beş nəfər həbs olunub, cinayətə aid küllü miqdarda sübut və dəlillər toplanılıb.

2019-cu ilin aprel ayından böyük miqdarda pul müqabilində "Balkan yolu" ilə Suriya, Livan və Liviyadan olan 140 nəfərin Almaniyaya mikroavtobus və avtomobillərlə gətirildiklərinə görə 19 nəfər istintaqa cəlb edilib. Əməliyyat Avstriya, Macarıstan, Çexiya, Slovakiya, Niderlandın və Avropa Birliyinin (AB) hüquq-mühafizə orqanı olan Europolun dəstəyi ilə aparılıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/915151.html