Trampla xanımı inauqurasiya günü Floridaya uçacaq

 09:34 20.01.2021     65

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp seçilmiş Prezident Cozef Baydenin inauqurasiyası günü Ağ Evi yerli vaxtla səhər saat 08:00-da (Bakı vaxtı ilə saat 17:00-da-red.) tərk edəcək və Floridaya uçacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.  

"Prezident və birinci xanım Ağ Evi səhər saat 08:00-da tərk edəcəklər və Palm-Biçə (Florida ştatı-red.) yollanacaqlar", - sənəddə deyilir.

Baydeninin inauqurasiya mərasimi yerli vaxtla saat 12:00-a (Bakı vaxtı ilə saat 21:00-da-red.) planlaşdırılıb.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/915160.html