Raul da virusa yoluxdu

 09:40 20.01.2021     55

"Real"ın sabiq futbolçusu Raul Qonsalesdə koronavirus aşkarlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, hazırda "kral klubu"nun ikinci komandası olan "Kastilya"nı çalışdıran veteran hücumçu karantinə alınıb.
 
44 yaşlı mütəxəssisin xəstəliyi simptomsuz keçirdiyi bildirilib. O, Sequnda B-də "Xetafe"nin əvəzedici komandası ilə oyun zamanı texniki zonada yer almayacaq.
 
Qeyd edək ki, 1994-2010-cu illərdə "Real"ın formasını geyinmiş əfsanəvi forvard 550 oyunda 228 qol vurub. İspaniya yığmasında 102 matç keçirmiş keçmiş hücumçu 44 dəfə fərqlənib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/sport/915161.html