ABŞ ədəb qaydalarını pozdu - Rusiya

 10:11 20.01.2021     64

Şimal Axını-2 qaz kəmərinin inşasında iştirak edənlərə qarşı sanksiyaların tətbiq edilməsi ABŞ-a heç bir fayda gətirməyəcək.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ-ın qaz kəmərinin inşasını başa çatdıran "Fortuna" gəmisinə sanksiya tətbiq etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Vaşinqton çoxdan bu layihənin həyata keçirilməsinə hər vasitə ilə maneə olmağa çalışır:

"Rusiya və qaz sektorunda əməkdaşlıqda maraqlı olan Avropa tərəfdaşlarına qarşı davamlı təhdidlər var. ABŞ hədəfinə çatmaq üçün ədəb hüdudlarından kənara çıxdı".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/531985.html