Zəfər savaşından bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq, bütün şəhidlərimizin ruhu şaddır - Hikmət Hacıyev

 10:10 20.01.2021     41

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi "Twitter" hesabında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib.

Milli.Az Trend-ə istinadən paylaşımda deyilir:

"Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi altında Zəfər savaşından sonra 20 yanvar faciəsi və cəmi bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq. Şəhidlərimizin ruhu şaddır. Allah rəhmət eləsin!"

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/915191.html