Bu gün ABŞ-da yeni prezidentin andiçmə mərasimi keçiriləcək

 10:22 20.01.2021     47

Bu gün ABŞ-da ölkənin 46-cı Prezidenti demokrat Cozef Baydenin və vitse-prezident Kamala Harrisin andiçmə mərasimi keçiriləcək. Onlar ABŞ və onun konstitusiyasına sədaqət andı içəcəklər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Vaşinqtonda keçiriləcək builki tədbir bir sıra cəhətlərinə görə öncəki mərasimlərdən fərqlənəcək.

İlk növbədə, pandemiya səbəbindən tədbirdə iştirak edənlərin sayı xeyli az olacaq. Mərasim indiyədək görünməmiş təhlükəsizlik tədbirlərilə müşayiət olunacaq. Bundan əlavə, son 152 ildə ilk dəfə ABŞ-ın sonuncu prezidenti öz xələfinin andiçmə mərasimində iştirak etməyəcək. Tramp bu gün səhər Ağ Evi tərk edərək Floridadakı malikanəsinə köçəcək.    

Andiçmə mərasimi Bakı vaxtilə saat 17.45-də Bayden və Harrisin öz həyat yoldaşları ilə birlikdə Vaşinqtondakı Müqəddəs Matfey katolik kilsəsini ziyarət etmələri ilə başlayacaq. Yeni prezident saat 21.00-da Kapitolidəki Konqress binasında and içəcək və gecə yarısından sonra, saat 00.15-də hərbçilərin müşayiəti ilə Ağ Evə gedəcək. Mərasim saat 06.55-də Bayden və Harrisin öz həyat yoldaşları ilə birlikdə Ağ Evin eyvanına çıxaraq ora toplaşanları salamlamaları ilə başa çatacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/915180.html