Qar həyatı dondurdu: 441 kəndlə əlaqə kəsildi - VİDEO

 10:40 20.01.2021     56

Türkiyənin Elazığ bölgəsində kəskin qar yağışı həyatı dondurub.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, fasiləsiz qar yağışı nəticəsində 441 kəndin mərkəzlə əlaqəsi kəsilib.

Hazırda həmin kəndlərə nəqliyyat işləmir.

Qarla mübarizə briqadaları bağlanan kənd yollarının tezliklə açılması üçün çox sayda iş maşını ilə fasiləsiz işləyir.

Meteorologiya Departamentinin hava proqnozuna əsasən, qar yağışları hündür bölgələrdə fasiləsiz yağacaq.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/915174.html