Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirdi

 10:46 20.01.2021     37

Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələri Suriyanın şimalında PKK-nın Suriya qanadı YPG-nin üç terrorçusunu məhv edib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd edilir ki, silahlılar "Barış pınarı" əməliyyatının keçirilməsi zonasına girməyə çalışıblar.

"Bizim qəhrəman komandomuz PKK/YPG terrorçularının "Barış pınarı" əməliyyatının keçirilməsi zonasına keçməsinin daha bir cəhdinin qarşısını aldı. PKK/YPG-nin sülh və əmin-amanlığı pozmaq məqsədi ilə hücum hazırlamış üç silahlısı zərərsizləşdirilib", - nazirliyin xəbərində deyilir.

PKK 1984-cü ildən 2020-ci ilin martına qədər Türkiyədə qanlı cinayətlər həyata keçirib. Terror təşkilatının üzvləri tərəfindən Türkiyənin təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşı və 6 800 dinc sakin həlak olub.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil edib.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/915181.html