Azərbaycanda bir dəqiqəlik sükut olacaq

 10:53 20.01.2021     63

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bunu İdarənin bölmə rəisi polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, bu gün 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar vətəndaşların Şəhidlər Xiyabanını ziyarəti ilə bağlı Parlament prospektindən Şəhidlər Xiyabanı istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub:

“Sürücülərdən xahiş olunur ki, həmin istiqamətdə şəxsi avtomobillərdən istifadə etməsinlər. Məqsəd ziyarətçilərin təhlükəsiz hərəkətini təmin etməkdir. Həmçinin, bu gün saat 12:00-da sükut olacaq, yollarda bütün avtomobillər bir dəqiqəlik dayanacaq”


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/532006.html