Baxçalının Şuşada məktəb tikilməsi təklifi... – Səfir

 11:04 20.01.2021     63

Azərbaycanın torpaqları işğaldan azad edildikdən sonra Türkiyədən Azərbaycana bir çox qurum və təşkilat tərəfindən dəstək təklifləri gəlir.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral deyib.

O bildirib ki, Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının öz hesablarına Şuşada Üzeyir Hacıbəyli adına məktəb tikmə ilə bağlı təklifi də bu qəbildəndir:

"Azərbaycan Prezidenti İlham Əliyev uyğun gördüyü təqdirdə hörmətli Baxçalının istəyi həyata keçiriləcək. Türkiyədə çox sayda təşkilat və qurumlarımız hər cür dəstək göstərmək üçün hazırdırlar".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/532009.html