Səfir Bahçelinin fikirlərinə aydınlıq gətirdi: "Türkiyə müharibədən sonra da..."

 11:16 20.01.2021     42

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının Şuşada məktəb tikilməsi fikrinə aydınlıq gətirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, E.Özoral jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra Türkiyədəki bir çox qurumlar Azərbaycana dəstəklə bağlı çağırışlar edib. Bunlar Azərbaycan hökümətinin verəcəyi qərardan asılıdır. Müvafiq qərar qəbul olunarsa, Türkiyənin əlaqədar qurumlarına məlumat veriləcək. Türkiyə müharibə dövründən sonra da Azərbaycana hər cür dəstək olmaq məqsədilə səfərbər olub. Azərbaycanda şəhid və məcburi köçkün ailələrinə kömək məqsədilə Türkiyədən ölkəyə gələnlər var".

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/politics/915217.html