Ukrayna defolta doğru gedir - Suslov

 11:28 20.01.2021     59

Ukrayna defolta doğru hərəkət edir.

Axar.az xəbər verir ki, bunu Ukraynanın keçmiş iqtisadiyyat naziri Viktor Suslov deyib.

Onun sözlərinə görə, 2021-ci ildə Ukrayna büdcəsi böyük kəsirlə - ÜDM-nin 5,5% miqdarında qəbul edilib.

V.Suslov bildirib ki, bu kəsr ölkənin xərcləri ixtisar etmək qabiliyyətində olmadığını göstərir. Keçmiş nazir bunun sayəsində ölkənin xarici və daxili borcunun artacağını söyləyib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/532002.html