Qazaxıstan səfirliyi 20 Yanvar qurbanlarının xatirəsini andı

 11:26 20.01.2021     40

Qazaxıstanın Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini anıb.

Publika.az-ın məlumatına görə, bu barədə səfirliyin bəyanatında deyilir.

Bəyanatda qeyd olunub: "20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Qazaxıstan səfirliyi Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir və azadlıq naminə həlak olmuş günahsız qurbanların əziz xatirəsini ehtiramla yad edir".


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/nida_xeber/343506.html