Daha bir ölkədə "Britaniya virusu" aşkarlandı

 21:24 20.01.2021     52

Estoniyada koronavirusun Böyük Britaniyada aşkarlanan yeni ştammına ilk yoluxma halı qeydə alınıb.

Publika.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Estoniyanın Səhiyyə Departamentinin baş direktorunun müavini Mari-Anne Xyarma bildirib.

Onun sözlərinə görə, koronavirusun yeni ştammı İngiltərədən gələn üç Estoniya vətəndaşında aşkarlanıb.

Qeyd edək ki, Estoniyada hazırkı dövrədək 38 544 nəfər koronavirusa yoluxub, onlardan 349 nəfəri ölüb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/avropa/343559.html