Tramp Baydenə məktub yazdı

 21:36 20.01.2021     76

Bir neçə saatdan sonra ABŞ Prezidenti kimi səlahiyyətləri başa çatacaq Donald Tramp ənənəyə uyğun olaraq dövlət başçısı postunda onu əvəzləyəcək Cozef Baydenə məktub yazıb.

Publika.az xəbər verir ki, bu barədə "CNN" Ağ Evdəki mənbələrinə istinadla məlumat yayıb.

Ehtimala görə, 45-ci Prezident yazdığı kiçik məktubu Oval kabinetdəki iş masasının yuxarı yeşiyinə qoyub. Məktubun məzmunu hələlik məlum deyil. Trampın xanımı Melaniya isə öz növbəsində gələcək birinci xanım Cill Baydenə “qısa salamlama məktubu” yazıb.

Qeyd edək ki, Trampla xanımı Baydenin inauqurasiyasını gözləmədən səhər saatlarında Ağ Evi tərk edərək Floridaya yollanıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/abs/343560.html