İrəvandan gözlənilməz AÇIQLAMA: "Bundan sonra təhlükəsizlik hökm sürəcək"

 21:48 20.01.2021     70

Bakı və İrəvan sərhədlərin delimitasiyası və demarkasiyası barədə danışıqlara başlayır.

Publika.az "MediaPorta"a istinadla xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Avinyan ölkə parlamentində çıxış edərkən məlumat verib.

O bildirib ki, yeni sərhədlərdə müvəqqəti sərhədçi mövqelərinin quraşdırılması demək olar ki, başa çatıb:

"Biz artıq sərhədlərin delimitasiyası və demarkasiyası üzrə danışıqlara başlayırıq. Hökumət müxtəlif qurumlarla məsləhətləşmələr aparıb və bizim mövqeyimiz nəzərə alınıb. Son nəticədə Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik hökm sürəcək. Lakin proses hələ çox uzun çəkəcək”


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/southcaucasus/343561.html