Bayden: ABŞ tarixində ilk dəfə...

 21:59 20.01.2021     71

Qarşıdakı çətinliklərin öhdəsindən birlikdə gələcəyik.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Prezidenti Co Bayden deyib.

"Qarşıda çətinliklər və böhranlar olacağını bilirəm. ABŞ hazırkından daha yaxşı olmalıdır. Bütün amerikalıların prezidenti olacağam. Qarşımızda Martin Lüter Kinqin xəyalından bəhs etdiyi bina var. ABŞ tarixində ilk dəfə zənci bir vitse-prezidentin vəzifəyə gələcəyini görürük. Qiyamçılar demokratiyanın qarşısını almaq, xalqımızın iradəsini susdurmaq üçün şiddət tətbiq edə biləcəklərini düşünürdülər. Bunu edə bilmədilər. Bu, əsla olmayacaq. Nə bu gün, nə sabah...”, - deyə Bayden bildirib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/532160.html