Qarabağa qaytarılan ermənilərin son sayı açıqlandı

 23:12 20.01.2021     62

Son sutka ərzində İrəvandan Azərbaycanın Qarabağ bölgəsinə daha 187 erməni qaytarılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, onların təhlükəsiz gətirilməsi, yerləşdirilməsi və humanitar dəstək göstərilməsi məsələsini rus sülhməramlıları icra edib.

14 noyabr 2020-ci ildən Qarabağa daşınıb gətirilən ermənilərin ümumi sayı 50.303-ə qalxıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/siyaset/532176.html