Pandemiya mobil internetin inkişafına da təsir edib

 23:14 20.01.2021     76

Macarıstandakı Peç Universitetinin sosioloqları və iqtisadçıları tərəfindən aparılan tədqiqatda ekspertlər belə bir nəticəyə gəliblər ki, pandemiya mobil internetdən istifadə edən avropalıların sayının artmasına səbəb olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, pandemiyadan əvvəl bütün Aİ ərazisində internetin bu növündən istifadə edənlərin sayı 63 faizə bərabər idisə, bu gün artıq onların sayı 73 faizə çatıb.

Reprezentativ sorğuda bütün Aİ ölkələrindən 5 min ailə iştirak edib. Evdə həm mobil, həm də stasionar internetə çıxışı olan insanların sayı getdikcə daha da artır. Bir çoxları bunun səbəbini insanları evdən işləməyə məcbur edən pandemiyada görürlər.

Qeyd edək ki, paralel olaraq bu, həm də kabel internetinin yükünü artırır. Rəyi soruşulanların təxminən 9 faizi bildirib ki, onlar internetə öz mobil telefonlarından daxil olurlar. Bununla yanaşı istifadəçilərin demək olar ki, 20 faizi internetə yalnız öz şəxsi kabelləri vasitəsi ilə birləşirlər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/world/915189.html