AP hərəkətə keçdi: Şimal Axını-2 dayandırılsın!

 23:46 20.01.2021     66

Avropa Parlamenti rusiyalı bloger Aleksey Navalnının həbsi səbəbindən Avropa Birliyindən Şimal Axını-2 layihəsinin inşasının dayandırılmasını tələb edəcək.

Axar.az xəbər verir ki, bu barədə "Spigel" nəşri məlumat yayıb.

Bundan başqa, deputatlar blogerin saxlanılmasına görə Rusiyaya sanksiya tətbiqi ilə bağlı tələb irəli sürəcək. Sənədin sabah razılaşdırılacağı və Avropa Birliyi institutlarına göndəriləcəyi gözlənilir.

Avropa Parlamentinin layihəsi tövsiyə xarakteri daşıyır.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/532180.html