Türkiyə ən çox bu ölkələrə silah satıb: Bakı neçəncidir?

 00:15 21.01.2021     85

Azərbaycan Türkiyənin ikinci ən böyük silah alıcısına çevrilib.

Axar.az xəbər verir ki, bu barədə “Defens Nyus” nəşri statistikasını açıqlayıb.

Nəşrin yaydığı məlumata əsasən, Türkiyənin Qafqazda sadiq siyasi müttəfiqi olan Azərbaycan 2019-cu illə müqayisədə ötən il 260,8 milyon dollar dəyərində bu ölkədən silah alaraq ikinci ən böyük silah alıcısı olub.

İlk sırada isə ABŞ qərarlaşıb. Belə ki, Türkiyə bu ölkəyə ötən il 784,2 milyon dollar dəyərində silah satıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/532183.html