Putinin Qarabağda oynadığı rol... - Slutski

 00:29 21.01.2021     65

Qarabağdakı hərbi əsirlər məsələsi gündəmə gəlib və gələcəkdə də erməni və azərbaycanlı millət vəkilləri arasındakı təmaslarda qaldırılacaq.

Axar.az xəbər verir ki, bunu rusiyalı deputat Leonid Slutski deyib.

Slutski bildirib ki, Rusiya Prezidentinin Qarabağda qan tökülməsini dayandırmağa yönəlmiş hərəkətləri dondurulmuş münaqişələrin həlli antologiyasına daxil ediləcək:

“Qarabağdakı əsas vəzifə qan tökülməsini dayandırmaq idi. Bu tapşırıq icra olundu və əminəm ki, Rusiya Prezidenti bunu başa çatdırmaq üçün tərəfləri birləşdirməyi bacardı”.

Rusiyalı deputat hesab edir ki, Qarabağdakı son müharibədən sonrakı addımlar iqtisadi bərpaya istiqamətlənməlidir. Və bu, son dərəcə çətin bir prosesdir.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/gundem/532185.html