Afina İyonda ərazi sularını artırır - Türkiyədən reaksiya

 00:50 21.01.2021     67

Yunanıstanın ərazi sularını İyon dənizində 12 dəniz milinə çatdırmaq üçün yığdığı pul Mora yarımadasının cənubunda bitəcək və Egey dənizinə heç bir şəkildə təsir etməyəcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

"Özəl coğrafi şəraitin hökm sürdüyü yarı qapalı Egey dənizində ölkəmizin həyati hüquqları və maraqları var. Hamıya məlumdur ki, bu dənizin ərazi suları həm ölkəmizin, həm də üçüncü ölkələrin azadlığını və açıq dənizlərə çıxışını məhdudlaşdıracaq şəkildə birtərəfli qaydada genişləndirilməməlidir. Bu məsələdə heç bir dəyişiklik yoxdur", - XİN-dən qeyd olunub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/532186.html