“Samsung Galaxy S20” smartfon seriyası satışdan çıxarılır

 19:50 21.01.2021     40

"Samsung Electronics" şirkəti ötən həftə qabaqcıl "Galaxy S21" seriyasını təqdim etdikdən və ilkin sifarişlərin qəbuluna başladıqdan sonra ötənilki "Galaxy S20" seriyasını satışdan çıxarmağa başlayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Samsung" şirkəti "Galaxy S20" seriyasını əksər regionlarda satışdan çıxarmaq qərarına gəlib. Bir sıra regional rəsmi "Samsung" saytlarında smartfonların mövcudluğu göstərilmir və yeni tədarüklərin gözlənilmədiyi bildirilir.

Məsələn, "Galaxy S20" şirkətin ABŞ və Böyük Britaniya üçün saytlarında mövcud deyil. Bundan əlavə, Britaniyanın populyar "Best Buy" və "Mobiles.co.uk" pərakəndə satış mağazaları bütün "Galaxy S20" seriyasının satışdan çıxarıldığını bildirib.

Hazırda "Samsung" şirkəti "Galaxy S21", "Galaxy S21 " və "Galaxy S21 Ultra" smartfonları üçün ilkin sifarişlərin qəbulunu aparır. Açıq satışlara yanvarın 29-da birinci regionlarda, o cümlədən ABŞ-da başlamaq nəzərdə tutulur.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/914999.html