Tiflisin tələbi: Avropa məhkəməsi Rusiyaya qarşı qərar verdi

 19:55 21.01.2021     48

Strasburq məhkəməsi 2008-ci il müharibəsi haqqında iş üzrə qərarı elan edib.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Avropa İnsan Hüquqları Məhkəməsi Gürcüstanın 2008-ci ilin avqustunda müharibə zamanı Avropa İnsan Hüquqları Konvensiyasının bir sıra maddələrinin pozulması ilə bağlı tələbini təmin edib.

“Bu pozuntuların Böyük Məhkəmə Palatası tərəfindən tanınması 2008-ci ilin avqust müharibəsi zamanı Rusiyanın gürcüləri etnik təmizləməyə məruz qoyduğunu təsdiq edir.

Bu tarixi qərar münaqişələrin həlli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə Gürcüstanın ərazi bütövlüyünün bərpası üçün mühüm rıçaqdır”, - məlumatda bildirilib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/532381.html