Google Huawei-ə geri qayıdır: Bəs sanksiyalar?

 20:10 21.01.2021     45

ABŞ sanksiyalarına görə Google-sız bazara çıxarılan Huawei markalı cihazlar axır ki, yenidən Google xidmətləri ilə təchiz olunacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, Huawei şirkətinin Honor brendi Google Play tətbiq "mağaza"sı, eləcə də ABŞ şirkətinin digər xidmətləri ilə təchiz olunan yeni smartfon seriyasını təqdim etməyə hazırlaşır. Eyni zamanda, yeni cihazlar Huawei AppGallery platformasını itirəcək.

Bildirilir ki, Google xidmətləri satışa çıxarılacaq yeni Honor smartfon xətti artıq bu ilin yazında təqdim oluna bilər.

Qeyd edək ki, Honor, Huawei və Google nümayəndələri öz növbəsində bu xəbərlərə şərh verməkdən imtina ediblər.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/915013.html