Pozner bütün hesablarını bağlayır: Teleqrama “köçür”

 20:13 21.01.2021     46

Rusiyalı televiziya aparıcısı Vladimir Pozner Teleqram kanalını daha çox inkişaf etdirmək üçün digər sosial şəbəkələrdən çıxmaq niyyətindədir.

Axar.az xəbər verir ki, Poznerin komandası bu gün Teleqramı virtual rabitə üçün ən əlverişli və perspektivli platforma hesab edir.

Bundan öncə Vladimir Pozner müəllif proqramının Birinci Kanalda bağlanacağı təqdirdə həmkarlarından nümunə götürərək, Yutub kanalı yaratmayacağını söyləmişdi. Buna səbəb kimi Pozner blogerləri jurnalist hesab etmədiyini bildirmişdi.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/532368.html