Rusiyanın bunu hiss etməsi üçün... - Kravçuk

 20:31 21.01.2021     55

Əminəm ki, Ukraynanın şərqindəki konfliktə görə Rusiyaya qarşı sanksiya tətbiq ediləcək.

Axar.az xəbər verir ki, bunu Ukraynanın eks-prezidenti, Donbasla bağlı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk deyib.

“Sanksiyalar genişlənəcək və daha çox şaxələnəcək ki, Rusiya təcavüzkara hər şeyin bağışlanmadığını hiss etsin”, - Kravçuk bildirib.

Onun sözlərinə görə, məhz bu yolla Donbas münaqişəsini həll etmək mümkündür.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/532390.html