TANAP vasitəsilə 9 milyard kubmetrdən çox qaz nəql edilib

Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə bu günədək təxminən 9,1 milyard kubmetr qaz nəql edilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönmez deyib.
O bildirib ki, 2020-ci il ərzində TANAP vasitəsilə 4,9 milyard kubmetr qaz tədarük edilib.
Nazir əlavə edib ki, ötən il Türkiyənin qaz idxalının 24 faizi Azərbaycanın payına düşüb
Bundan başqa, F.Dönmez bildirib ki, İğdır-Naxçıvan qaz kəməri layihəsi üzrə işlər tam sürətlə davam edir:
"Bizim məqsədimiz Naxçıvanı təbii qazla təhlükəsiz və fasiləsiz şəkildə təmin etməkdir".
Milli.Az
Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/economy/915619.html