Sumqayıt bulvarında dənizdə meyit tapılıb

 20:47 21.01.2021     44

Sumqayıt bulvarında dənizdə meyit tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, meyit bulvarın "Priçal" deyilən hissəsində aşkar olunub.

Meyiti tapılan şəxsin 1994-cü il təvəllüdlü Bayramov Qoşqar Ərşad oğlu olduğu müəyyən olunub. İlkin araşdırmalara görə, 27 yaşlı gəncin intihar etdiyi ehtimal olunur.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/915620.html