"Qarabağ"dan möhtəşəm qələbə

 20:58 21.01.2021     50

Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

Axar.az xəbər verir ki, "Qarabağ" "Bank Respublika Arena"da "Sabah"la qarşılaşıb. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xallarını 26-ya çatdıran "Qarabağ" 2-ci pillədəki mövqeyini qoruyub. "Sabah" isə 13 xalla sonuncu sırada qalıb.

Bu gün baş tutan digər oyunlarda "Neftçi" səfərdə "Səbail"i 3:1, "Zirə" isə evdə "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura sabah keçiriləcək "Keşlə" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/idman/532402.html