ABŞ-ın birinci xanımı ilk müraciətini etdi

 21:07 21.01.2021     60

ABŞ-ın birinci xanımı Cill Bayden dünən həyat yoldaşı, Prezident Co Baydenin andiçmə mərasimindən sonra amerikalılara müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə “ABC Nyus” kanalı məlumat yayıb.

Xanım Bayden andiçmə mərasiminin təhlükəsizliyini təmin etdikləri üçün hərbçi və dövlət qulluqçularına minnətdarlığını bildirib.

O, ərinin ABŞ-ın 46-cı prezidenti olduğu günü optimizmlə dolu olan yeni işıqlı başlanğıc adlandırıb və amerikalıları birləşməyə çağırıb.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/532403.html