Zoom-un işində nasazlıq yarandı

 21:10 21.01.2021     53

Zoom istifadəçiləri platformanın çökməsi barədə məlumat paylaşıblar.

Milli.Az ted.az-a istinadən bildirir ki, sosial şəbəkələrdə paylaşılan məlumata görə, istifadəçilər proqramı aça bilmir və internet bağlantısı problemi yaşayırlar. Mövzu barədə hələlik rəsmi açıqlama verilməsə də, tətbiqin işindəki problem sonradan aradan qaldırılıb.

Qeyd edək ki, video çat tətbiqi olan Zoom pandemiyadan sonra geniş yayılmağa başlayıb və istifadəçi sayı xeyli artıb

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/915014.html