10 dəqiqəlik şarjla 100 km məsafə qəti, həm də daha ucuz

 21:15 21.01.2021     50

Elektromobillər üçün ən aktual problem olan batareyalarla bağlı inqilabi bir inkişaf var.

Milli.Az ted.az-a istinadən bildirir ki, bir qrup elm adamı sərfəli və sürətli akkumulyator hazırlayıb.

Pen State Universitetinin mühəndisləri 100 km məsafəni 10 dəqiqə ərzində qət etmək üçün kifayət qədər yüklənə bilən litium dəmir fosfat batareyası hazırlayıblar. Kobalt kimi bahalı materialları olmayan batareyalar bu baxımdan böyük maliyyə üstünlüyü yaradır.

Tədqiqat qrupuna rəhbərlik edən professor Chao-Yang Wang bu yeni kəşflər sayəsində elektrikli vasitələrin "hər kəs üçün" əlçatan olacağını və lüks avtomobillər sinifində qalmayacağını düşünür.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/915018.html