Bağdadda QANLI TERROR: 32 ölü, 110 yaralı - FOTO/VİDEO (YENİLƏNDİ)

 21:24 21.01.2021     61

İraqın paytaxtı Bağdadda baş verən intihar hücumu nəticəsində 32 nəfər ölüb, 110 nəfər yaralanıb.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, İraq hökuməti yanında Bağdad Əməliyyat Komandanlığı tərəfindən verilən yazılı açıqlamaya görə, səhər saatlarında Tayaran Meydanında kamikadze özünü partladıb.

İraq rəsmiləri daha sonra eyni meydanda iki partlayış baş verdiyini açıqlayıb.

Hələlik terror hücumunun məsuliyyətini heç kim öz üzərinə götürməyib.

Hüseyn

***

15:45

Bağdadda baş verən terror aktı nəticəsində 28 nəfər ölüb, 73 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, Bağdad Əməliyyatlar Komandanlığı tərəfindən verilən yazılı açıqlamada Tayaran meydanında kamikadzenin özünü partlatdığı bildirilib.

Hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

***

İraqın paytaxtı Bağdadda ard-arda törədilən iki partlayış nəticəsində 21 nəfər ölüb, 44 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, partlayış paytaxtın Tayaran meydanında yerləşən bazarda baş verib.

***

İraqın paytaxtı Bağdadda terror aktı törədilib.

Publika.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Zümrüd


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/dunya/343654.html