Millət vəkili bir qrup qazi ilə görüşdü - Foto

 21:34 21.01.2021     52

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin bir qrup qazisi ilə görüşüb.

Axar.az xəbər verir ki, qazilər Cəbrayıl Cəbrayılov, Vüqar Usublu, Vüsal İslamov, Süleyman Paşayev, Səfixan Səfərov, Qələndər Məmmədov, Turqay Məmmədov, Rəşad Haqverdiyev, Şəmsi Məmmədov, Şəmsi Hacıyevi düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edən Komitə sədri onların qayğıları ilə maraqlanıb.

Q.Paşayeva qazilərə Mədəniyyət Komitəsi adından təbrik məktubu və üzərində “Şuşa Azərbaycandır!” yazılmış qol saatları təqdim edib.

Qazilər Komitə sədri ilə öz cəbhə xatirələrini bölüşüb və səmimi görüş üçün təşəkkür edib.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/toplum/532409.html