Sürətli proqressivləşən qlomerulonefrit

 21:40 21.01.2021     49

sXəstəlik qlomerulonefritin az rast gəlinən forması olub böyrək çatışmazlığı ilə xarakterizə olunur.Sürətli proqressivləşən qlomerulonefrit infeksiyalardan və üzvi həlledicilərlə təmasdan sonra daha tez-tez baş verir,amma,sistem vaskulit və qırmızı qurd eşənəyi də xəstəliyin əmələ gəlməsinə səbəb ola bilir.
Xəstəlik ağır gedişə malikdir,ancaq vaxtında massiv immunodepressiv terapiya xəstəliyin qarşısını ala bilir.
Qlomerulonefritin bu növü özünü aşağıdakılarla biruzə verir:
- ödem
- yüksək arterial təzyiq
- sidik sindromları
- böyrək çatışmazlığı sindromu
Sidik sindromu proteinuriya,leykosituriya,hematruriya,slindruriya ilə müşahidə edilir.Xəstəliyin kliniki gedişinə görə bir-neçə variantı var.Lakin bu variantların hamısı gedişindən asılı olaraq gec-tez böyrək çatışmazlığı ilə nəticələnir.
Xəstəliyin gedişində 2 mərhələ ayırd edilir:
1 Böyrək kompensasiyası mərhələsi - böyrəklərin azot ifrazedici funksiyası lazımi səviyyədə olur.Bu mərhələdə xəstələr uzun müddət özünü yaxşı hiss edir.
2 Böyrək dekompensasiyası mərhələsi - böyrəklərin azot ifrazedici fəaliyyəti aşağı düşür.Bu mərhələdə sidik sindromu az nəzərə çarpır,ödemlər azalır,amma arterial təzyioq yüksəlir,xəstələrdə nefrosklerozla əlaqədar olaraq poliuriya,hipostenuriya,nikturiya baş verir.Bu zaman yumaqcıq filtirasiyası aşağı düşür,qanda cidik cövhəri,kreatinin,sidik turşusu,indikan artır,intoksikasiya əlamətləri ön plana çəkilir,anemiya inkişaf edir.
Sürətli proqressivləşən qlomerulonefritin birinci mərhələsi 20-40 il,ikinci dövrü isə 1-5 ildən artıq sürmür.
Xəstəliyə diaqnozun qoyulması kliniki və laborator müayinələrin nəticələrinə əsaslanır.
Müalicə pəhriz,rejim və dərmanlardan ibarət olur.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/914991.html