Alibaba da elektrikli avromobil istehsal edəcək

 22:20 21.01.2021     66

Elektron ticarət nəhəngi Alibaba şirkəti avtomobil sənayesinə daxil olur.

Milli.Az ted.az-a istinadən bildirir ki, Alibaba özünəməxsus elektrikli avtomobil istehsal edəcək.

İnsayderlərin məlumatına görə, şirkət avtomobili 2022-ci ilə qədər təqdim ediləcək, elektrikli nəqliyyat vasitəsi, hətta bu ilin birinci yarısında göstərilə bilər.

Türkiyəli jurnalist Emre Özpeynircinin sözlərinə əsasən, şirkət avtomobili elektrikli motorla təchiz etmək üçün SAIC adlı Çin şirkəti ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində "Zhiji Auto / IM" adlı avtomobil seriyası istehsal olunacaq. Digər detallar hələ ki, məlum deyil.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/915011.html