Bakıda qadın itkin düşüb

 22:31 21.01.2021     60

Bakıda 45 yaşlı qadın 6 gündür itkin düşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə qadının ailəsindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu, Ramana Südçülük qəsəbəsi, M.Ə. Sabir küçəsi ev 18-də yaşayan 1976-cı il təvəllüdlü Qubuşova Bahar Əli qızı yanvarın 15-də yaşadığı mənzildən çörək almaq adı ilə çıxaraq geri qayıtmayıb.

Qadının üzərində şəxsiyyət vəsiqəsi və 190 manatlıq yardım kartı olub.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/915628.html