Şəmkirdə jurnalist şantaja görə öldürüldü - FOTO

 22:35 21.01.2021     78

Bu gün Şəmkir rayonunda qətl hadisəsi baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, rayon sakini Bəxtiyar Əliyev ov tüfəngindən atəş açılaraq öldürülüb. Onu rayon sakini Aslanov Vasif Elman oğlu güllələyib. Məlumata görə, B.Əliyev Vasif Aslanovu şantaj edirmiş.

Qətlə yetirilən şəxs özünü jurnalist kimi təqdim edib. Onun "Qərb bölgəsi press" adlı qəzetin təsisçisi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/society/915630.html