Müsabiqə bitdi: qaliblər arasında kimlər var? - Siyahı

 22:38 21.01.2021     67

Mədəniyyət Nazirliyinin elan etdiyi "Vətənvərpərlik mövzusunda ədəbiyyat müsabiqəsi"nin qalibləri müəyyənləşib.

Kult.az xəbər verir ki, müsabiqəyə 321 əsər təqdim edilib.

Müsabiqənin qaliblərindən biri də öz "Bozdar əfsanəsi" hekayəsi ilə Axar.az saytının ingilis dilli versiyasının əməkdaşı Tural Əzimzadədir.

Qalibləri təqdim edirik:

“Peşəkar yaradıcı şəxslər” kateqoriyasında esse janrı:

Ramil Əhməd (“Şuşaya məktub”), Mina Rəşid (“Vermərəm Qarabağı!”), Cəlil Cavanşir (“Nostalgiyanın sonu: Biz qayıdırıq”).

Hekayə janrı üzrə:

Fərhad Kərimli (“Bir qucaq torpaq”), Sevinc Nuruqızı (“Ölərəm dərdindən, onu bil!”), Təvəkgül Boysunar (“Xoşbəxt göyərçinlər, xoşbəxt bayraqlar”).

Poeziya janrı üzrə:

Balayar Sadiq (“Şəhid məktubu”), Akif Azalp (“Şəhid öygüsü”), Elçin Mirzəbəyli (“Azərbaycan əsgəri”).

“Həvəskar yaradıcı şəxslər" kateqoriyasında esse janrı üzrə:

Müzəffər Müzəffərli (“Üzümüzü ağ edən Qarabağ”), Elgiz Abbasov (“Sen gedəli...”), Fidan Gözəlova (“Qarabağ Azərbaycandır”).

Hekayə janrı üzrə:

Tural Əzimzadə (“Bozdar əfsanəsi”), Gülmirə Məmmədova (“Snayper”), Şəbnəm Türbəndəzadə (“Gopçu Mahir”).

Poeziya janrı üzrə:

Yusif Ərəbsoy (“Zəfər simvolu”), Mülayim Hümmətova (“Atalar və oğullar”), Qabil Əliyev (“Çoxdandı Qarabağa belə payız gəlmirdi”).

“10-15 yaş arası uşaqlar” kateqoriyasında esse janrı üzrə:

Dilbər Rəfi (“Qarabağdan namə”), Alpaslan Cahangir (“Qarabağdan namə”), İsmayıl Qululu (“Qarabağdan əsgər naməsi”), İsmayıl Miryusifzadə (“Qarabağ”), Zəhra Rzayeva (“Qarabağdan namə”).

Hekayə janrı üzrə:

Abdullah Hüseynli (“Kaş ki, yuxum çin olaydı”), Mömünəxatun Məmmədova (“Coşqun dəniz”), Aysu Əlisoy (“Nə gözəldir ölmək bizə sevgili Vətən üçün”), Ömər Məmmədzadə (“Sadəcə Elnur”), Səma Quliyeva (“Ana, zəfər bizimdir”).

Poeziya janrı üzrə:

Ayan Əlyarlı (“Şəkillərdən gördüyüm Qarabağ”), Nəzrin Cəlilova (“Gəlin gedək Qarabağa”), Sadiq Qəzənfərli (“Azəri oğlu”), Yeva Fərəcova (“Vətən”), Sevindik Əliyev (“Zəfərin nişanəsi”).

Nazirliyinin müvafiq əmrinə əsasən müsabiqənin "Peşəkar yaradıcı şəxslər" kateqoriyasında hər bir janr üzrə qaliblərə 1500 (bir min beş yüz), "Həvəskar yaradıcı şəxslər" kateqoriyasında hər bir janr üzrə qaliblərə 800 (səkkiz yüz) manat məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunacaq.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/kult/532427.html