Bir İLK YAŞANDI: 10 ildən sonra dünya işığını gördü - FOTO

 22:48 21.01.2021     66

İsraildə 10 ildir hər iki gözü görmə əngəlli olan 78 yaşlı kişiyə yenidən dünya işığını görmək nəsib olub.

Publika.az İsrail mətbuatına istinadla xəbər verir ki, o, "CorNeat" startapı tərəfindən hazırlanan süni kornea (gözün rəngli qisminin önündəki şəffaf saata bənzər hissə) implantının köçürülməsindən sonra görmə qabiliyyətini bərpa edib.

Proseduru Rabin Tibb Mərkəzinin (əvvəlki Beilinson Xəstəxanası) Oftalmologiya şöbəsinin müdiri, professor Irit Bahar həyata keçirib.

Hüseyn


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://publika.az/news/neareast/343704.html