Avropadan Bağdad teraktına reaksiya

 22:47 21.01.2021     55

Avropa İttifaqı İraqın paytaxtı Bağdadda baş vermiş terror aktını kəskin şəkildə qınayıb.

Axar.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidmətinin məlumatında deyilir.

“Aİ Bağdadın mərkəzində səhər saatlarında xeyli insan itkisinə və yaralanmasına səbəb olmuş bu mənasız və barbar hücumunu qəti şəkildə pisləyir”, - deyə bildirilib.

Aİ ölənlərin ailələrinə başsağlığı verib və terrorizmlə mübarizədə İraq hakimiyyəti və xalqı ilə həmrəy olduğunu bəyan edib.

Qeyd edək ki, son məlumata görə, Bağdadda baş vermiş terakt nəticəsində 21 nəfər həlak olub.


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://axar.az/news/planet/532428.html