Podaqranın kliniki mənzərəsi

 23:30 21.01.2021     68

Podaqrannın gedişi müxtəlif sindromlarla təzahür edir.Bu sindromlar 3 mərhələdə baş verir:
* Oynaqların kəskin podaqra artriti
Bu zaman oynaqlar podaqra artriti şəklində zədələnir,sonradan xroniki poliartrit inkişaf edir.Kəskin artritin əsasında sinovial mayedə urat kristallarının presipitasiyası əmələ gəlir.Qanda çoxlu leykositlər əmələ gəlir,sonra isə parçalanmağa başlayır.Bu zaman oynaq boşluğuna çoxlu miqdarda lizosom fermentləri tökülür,nəticədə sinovial qişa və periartrikulyar toxuma iltihaba uğrayır.
* Böyrəklərin sidik daşı xəstəliyi və ya podaqra böyrəyi
Podaqra böyrəyinin əsasında uratların və sidik turşusunun böyrəklərin beyin maddəsində,az hallarda isə qabıq maddəsində çökməsi baş verir.Bu çökmə ocaqlı xarakter daşıyır.Bu zaman onların ətrafında iltihabi reaksiya inkişaf edir.Yumaqcıqlar nadir hallarda zədələnir.
* Periferik toxumaların zədələnməsi
Bu zaman orqanizmin müxtəlf yerlərində podoqratik düyülər meydana gəlir.Podaqra səbəbli maddələr mübadiləsinin pozulması sayəsində əmələ gələn şəkərli diabet,piy mübadiləsinin pozulması,atererskleroz xəstəliyin fəsadlaşması zamanı meydana çıxır.
Podaqra ən çox 30 yaşdan yuxarı kişilərdə,tam sağlam adamlarda kəskin şəkildə podaqra hücumu ilə başlayır.İlk günlər provakasiya edici əlamətlərl özünü biruzə verir.Belə ki, xəstəliyin ilk günlərində xəstələr əlamətlərin soyuqdəymə,travma,qeyri düzgün qidalanma,alkoqoldan sui-istifadə səbəbli patologiyalardan qaynaqlandığını güman edir.Xəstəliyin kəskin tutmaları qəfil başlayır və sürətlə inkişaf edir.
Podaqra öz əsas əlamətlərinin oynaqlarda əmələ gələn dəyişikliklərlə biruzə verir.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/914988.html