Böyrəklərin yumaqcıq filtirasiyası

 23:40 21.01.2021     69

Yumaqcıq filtirasiyasının sürəti yumaqcıq filtirinin keçiriciliyindən,effektiv filtirasion təzyiqdən asılıdır.Yumaqcıq filtirinin keçiriciliyi böyrəklərdə olan keçəcəklərin ölçülərindən,podosit ayaqcıqları arasında olan mikroyarlıqların ölçülərindən asılıdır.Yumaqcıq kapiliyarlarının endotelial lövhəsi iri zülal molekullarının və başqa maddə hissəciklərinin keçməsinə mane olmur,çünki,endoteli hüceyrələri arasındakı məsafənin ölçüləri zülal molekullarının ölçülərindən böyükdür.
Effektiv filtirasiya təzyiqi yumaqcıq kapilyarlarında qanın hidrostatik təzyiqi ilə qanın onkotik təzyiqi və yumaqcıq kapsuldaxili təzyiq cəminin fərqinə bərabərdir.
Qanın hidrostatik təzyiqi gətirici yumaqcıq arteriolasında və yumaqcıq kapillyarında 60-90 mm.c.s.,kapsuldaxili təzyiq 10-20 mm.c.s.olur.
Böyrəklərin damar sistemi və böyrək qan dövranının tənzimi elə qurulmuşdur ki,arterial təzyiqin əhəmiyyətli, azalması və ya artması və hidrostatik təzyiq, yumaqcığın effektiv filtirasiyasına səbəb olur. Yumaqcıq kapillyarlarında arterial təzyiq yumaqcıq arteriolalarının tonusunun dəyişməsi ilə əlaqədardır.Çünki,gətirici arteriyanın divarındakı əzələlərin tonusunun artması nəticəsində aşağıdakılar baş verir:
- onun mənfəzi daralır
- qanın yumaqcıq kapilyarlarına gəlməsi azalır
- hidrostatik təzyiq aşağı enir
- yumaqcıq filtirasiyası aşağı enir
İnsanda böyrək qan dövranının və hidrostatik təzyiqin səviyyəsinin tənzim olunması yumaqcığın çıxarıcı arteriyasının tonusu və mənfəzindən asılıdır.Qeyd olunan məsələ aşağıdakıların səviyyəsinin artması ilə həyata keçirilir:
- simpatik damardaraldıcı sinir impulslarının
- qanda reninin
- angiotenzinin
- adrenalinin
- noradrenalinin
Gün ərzində yaşlı insanda 1,8 ml qədər infiltirat əmələ gəlir,bunun da əksər hissəsi kanalcıqlarda reabsorbsiya olur və 1-1,5 ml-ə qədəri son sidik kimi bədəndən xaric olur.

Milli.Az


Bu xəbər Redaktor.az saytına məxsus deyil.
Xəbər mətninə görə ilk mənbə məsuliyyət daşıyır.
Xəbərin mənbəyi: https://news.milli.az/interest/914993.html